AZ

"Tramp marşrutu"nun 49 və ya 99 illik icarə ssenariləri müzakirə olunur - Paşinyan

Bakı. Trend:

Ermənistan ABŞ-la “ Beynəlxalq Sülh və Rifah naminə TrampMarşrutu” (TRIPP) layihəsi üzrə nəqliyyat yolunun icarəyə verilməsiüzrə iki senarini - 49 və ya 99 illik icarə variantlarını müzakirəedir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri NikolPaşinyan İrəvanda keçirilən forumda danışıb.

“Bu gün "Tramp marşrutu"nun icarəyə verilməsi üzrə iki ssenarimüzakirə olunur: 99 illik ssenari və 49 illik ssenari”,- deyə obildirib.

Baş nazirin sözlərinə görə, hansı müddətin seçiləcəyindən asılıolaraq, layihəyə müvafiq investisiyalar yatırılacaq.

Paşinyan qeyd edib ki, sövdələşmənin həyata keçirilməsi üçüninvestorlar üçün sərfəli investisiya təmin edən müəyyən zəmanətlərtələb olunacaq.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Məqalədə:
Seçilən
170
1
az.trend.az

2Mənbələr