AZ

“Ermənistanın silaha bu qədər pul verməsi ciddi formada düşündürücüdür”

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Biz nəzərə almalıyıq ki, müharibə bitsə də Ermənistan silahlanmağa davam edir. Xüsusilə əvvəlki dövrdə bu, özünü daha açıq biruzə verirdi. Yəni Ermənistan bir müddət davamlı olaraq silahlar aldı”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədovun sözlərinə görə, müharibə bitsə də hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif addımlar atır, silahlar, texnologiyalar alır: “Bu, təbiidir. Ancaq Ermənistan bir müddət bundan əvvəl açıqlamışdı ki, müdafiə xərclərini azaldacaq. Bu gün isə biz fərqli bir mənzərənin şahidiyik. Əslində, Ermənistan tərəfinin silaha bu qədər pul verməsi ciddi formada düşündürücüdür. Silaha bu qədər vəsait ayırmaq hansı zehniyyətdən irəli gəlir, Ermənistanın bununla məqsədi və hədəfi nədir? Paşinyanın parlamentdə çıxışında borc 8 milyard dollara qədər vəsaitə silah aldıq deməsi də göstərir ki, Ermənistan hələ də silahlanmağa davam edir və öz ordusunu gücləndirir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr