AZ

İsrail Norveçin baş nazirinin ölkəyə girişini qadağan etdi

İsrail, Norveçin baş naziri Jonas Gahr Støre-nin ölkəyə səfərini siyasi səbəblərə görə qadağan edib. Vətəninfo.az xəbər verir ki, Dagens Naeringsliv qəzeti  yazır ki, baş nazirin İsrailə planlaşdırdığı səfər, bu qərarın verilməsi ilə nəticələnib.

Məlumata görə, qərar ötən ay qəbul edilib və İsrail rəsmiləri bu səfəri “yersiz” və ya “arzuolunmaz” adlandırıblar. Səfərin imtina edilməsi, İsrail-Norveç münasibətlərindəki gərginliklə bağlıdır.

Sözügedən gərginlik, 7 oktyabr 2023-cü ildə Qəzza zolağından Fələstin HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə sızması ilə artan Yaxın Şərq gərginliyi ilə əlaqələndirilir. İsrailin baş naziri Benjamin Netanyahu-nun Krallığa səfəri zamanı həbs edilməsinə dair məhkəmə qərarı, eləcə də Norveçin Fələstinin müstəqilliyini tanıması və Norveç Hökumətinin Pensiya Fondunun bir neçə İsrail şirkətindəki paylarından əl çəkməsi də bu gərginliyi artıran amillərdən olub.

Seçilən
18
veteninfo.az

1Mənbələr