AZ

Etimadın məsuliyyətivə dövlət idarəçiliyinin yeni fəlsəfəsi

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvan şəhərində yeni təyin olunan səlahiyyətli nümayəndəni və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul edərkən söylədiyi “sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri müasir Azərbaycan idarəçilik modelinin strateji mahiyyətini özündə əks etdirir. Bu ifadə sadəcə təyinat alan şəxslərə ünvanlanan protokol xarakterli bir cümlə deyil; bu, dövlət idarəçiliyinin mahiyyətini müəyyən edən konseptual yanaşmadır. Azərbaycan artıq inkişafın yeni mərhələsinə qədəm qoyub və bu mərhələdə hər bir dövlət məmurundan inzibati bacarıq, strateji düşüncə, məsuliyyət hissi və sosial həssaslıq tələb olunur. Son illərdə ölkə üzrə genişmiqyaslı islahatlar həyata keçirilir və bu islahatların mühüm istiqamətlərindən biri də kadr siyasətinin yenilənməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər bir rəhbər elə çalışmalıdır ki, verilmiş etimadı gündəlik fəaliyyəti ilə təsdiqləsin. Bu, tapşırıqları yerinə yetirmək, ən önəmlisi, həmin tapşırıqların icrasında təşəbbüskarlıq göstərmək, regionun sosial-iqtisadi inkişafına yeni enerji gətirmək, insanlar arasında yüksək nüfuz qazanmaq deməkdir. Müasir idarəetmə sisteminin tələbləri dəyişdiyinə görə, hər bir icra başçısı qarşıya qoyulan dövlət proqramlarının icrasını sadəcə nəzarət vasitəsilə deyil, həm də şəxsən prosesin içində olmaqla təmin etməlidir. Etimadın doğruldulması həm də cəmiyyətlə açıq ünsiyyət, problemlərin operativ həlli və əhalinin qayğılarına şəffaf yanaşma tələb edir. Bu gün Azərbaycan cəmiyyəti dövlət qurumlarından daha çevik, daha ədalətli, daha başadüşülən fəaliyyət gözləyir. Prezidentin çıxışındakı əsas mesaj da budur: dövlət məmuru insanlara xidmət etməli, onların həyatına dəyər qatmalı və problemlərinin həllinə fəal şəkildə qoşulmalıdır. İdarəçilik yalnız kabinetdən verilən göstərişlərlə məhdudlaşa bilməz. Bir rayonun uğuru onun rəhbərinin əhalinin arasında olmasından, kəndləri gəzməsindən, gözlə görünən problemləri vaxtında aşkarlamasından keçir. Etimad həm də strateji məsuliyyətdir. Dövlət başçısı qəti şəkildə bildirir ki, ölkənin qarşıda duran inkişaf mərhələsində hər bir rayon, hər bir şəhər Azərbaycanın ümumi gücünə töhfə verməlidir. Bu töhfə həm iqtisadiyyatın şaxələndirilməsi, həm sosial infrastrukturun yaxşılaşdırılması, həm də insan kapitalı ilə bağlıdır. İcra başçılarının üzərinə düşən əsas vəzifələrdən biri regionların potensialını düzgün qiymətləndirmək, mövcud imkanları genişləndirmək və dövlət proqramlarının reallaşmasına şərait yaratmaqdır. Bundan başqa, Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı söylədiyi fikirlər kadr siyasətində şəffaflığın, peşəkarlığın və məsuliyyətin əsas prinsip olduğunu bir daha təsdiqləyir. Bu təyinatlar göstərir ki, dövlət strukturlarında çalışan hər bir şəxs öz fəaliyyətini daim yeniləməli, müasir idarəetmə standartlarına uyğunlaşdırmalı və vətəndaşların gözləntilərini maksimum dərəcədə qarşılamağa çalışmalıdır. Rəhbər şəxsin səmərəliliyi bu gün təkcə göstəricilərlə deyil, həm də insanların həyatında yaratdığı real dəyişikliklərlə ölçülür. Prezidentin etimad mesajı idarəetmədə fərdi məsuliyyətin artması deməkdir. Bu çağırış hər bir rəhbərdən daxili intizam, məsuliyyət hissi, strateji düşüncə və dəyişən reallıqlara uyğun adaptasiya tələb edir. Azərbaycan dövlətçiliyinin indiki mərhələsi artıq dağa-daşa uymaq dövrü deyil; bu, konkret nəticələr dövrüdür. Hər bir məmurun fəaliyyəti nəticələrin keyfiyyəti ilə qiymətləndirilir və buna görə də göstərilən etimadı doğrultmaq həm şərəf, həm də böyük məsuliyyətdir. Nəticə olaraq, Prezident İlham Əliyevin Naxçıvan çıxışı yalnız yeni təyinatlar haqqında deyil. Bu çıxış Azərbaycanın gələcək idarəçilik fəlsəfəsinin konturlarını müəyyən edir. Bu fəlsəfə dövlətə sədaqət, xalqa xidmət, məsuliyyət, peşəkarlıq və nəticəyönümlülük üzərində qurulub. Qarşıda duran strateji vəzifələrin icrası üçün hər bir rəhbərdən məhz bu keyfiyyətlər tələb olunur.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sesqazeti.az

1Mənbələr