AZ

Boçorişvili: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq davam etdiriləcək”

Ümid edirəm ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq davam etdiriləcək və bu, hər üç ölkəyə və bütövlükdə bölgəyə əhəmiyyətli nəticələr gətirəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O, bu il Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri arasında ilk üçtərəfli görüşün keçirildiyini xatırladıb.

Nazir qeyd edib ki, görüşün məqsədi region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq olub.

Qeyd edək ki, XİN başçıları müavinlərinin Tbilisidəki ilk üçtərəfli görüşü bu ilin aprelin 17-də baş tutub.

"Cebheinfo.az"

Seçilən
7
cebheinfo.az

1Mənbələr