AZ

Ukrayna Rusiyanı “uzun Neptunlarla” vurdu — Zelenskidən təsdiq

Ukrayna Prezidenti Vladimir Zelenski gecə saatlarında Rusiya ərazisinə endirilən zərbələrlə bağlı açıqlama verərək bildirib ki, Ukrayna ordusu “uzun Neptun” tipli uzaqmənzilli raketləri uğurla tətbiq edib.

Musavat.com dövlət başçısı bunun “davam edən Rusiya terroruna tamamilə ədalətli cavab” olduğunu bildirib.

Zelenski deyib:

“Bu gecə əsgərlərimiz Rusiya ərazisində müəyyən hədəflərə qarşı "uzun Neptunları" uğurla tətbiq etdilər. Bu, Rusiyanın davam edən terroruna haqlı cavabdır. Ukrayna raketləri hər ay daha dəqiq və daha təsirli nəticələr göstərir".

Prezident hansı bölgələrin vurulduğunu açıqlamayıb. Bununla belə, gecə saatlarında Novorossiyskdə bir neçə partlayış və zərbə izləri qeydə alınıb. Yerli mənbələr neft infrastrukturu yaxınlığında yanğın baş verdiyini bildiriblər.

Ukrayna tərəfi zərbələrin nəticələri barədə əlavə məlumatların sonra açıqlanacağını bildirib.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr