AZ

Bu insanlar daha uzun yaşayırlar HƏKİM

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov 60 yaşdan yuxarı insanlar üçün müalicənin necə olmasına dair tövsiyələr verib.

“Cebheinfo.az” xəbər verir ki, o, “Telegram” kanalında bu yaşda riayət edilməli olan qaydalar haqqında yazıb.

Həkimin siyahısındakı ilk bənd çəkidir. Myasnikov vurğulayıb ki, qocalıqda arıq olmağa çalışmaq olmaz, arıqlıq yalnız gənclər üçün yaxşıdır:

"Gənc insan ağcaqayın ağacı qədər arıq, yaşlı insan isə bir az kök olmalıdır. Bədən kütlə indeksi (BKİ - (çəkinin boyun kvadratına bölünməsi-red.) 18,5-24 arasında normal hesab olunur. Lakin bu, gənclər üçün normaldır. 60 yaşdan yuxarı olanlar üçün 25-29 BKİ tövsiyə edirik. Bu insanlar daha uzun yaşayırlar.

Digər vacib məqam qan təzyiqidir. Myasnikov xəbərdarlıq edib ki, yüksək qan təzyiqi normal hesab edilməməlidir, çünki bu, infarkt və insult riskini artırır.

Xolesterolu salan dərmanlar yalnız risk faktorları (qan təzyiqi, şəkər, siqaret çəkmək) olduqda və ya bir şəxsə ateroskleroz diaqnozu qoyulduqda istifadə edilməlidir. Həkimlər mümkün olduqda yaşlı insanlarda aspirin, antidepresanlar, sakitləşdiricilər və antikonvulsantların qəbulunu dayandırmağa çalışırlar. Myasnikov qeyd edib ki, bu dərmanların bəziləri yıxılma və sınıq riskini artırır.

Həkim, həmçinin balanslı qidalanmadan vitamin qəbulunu tövsiyə edib: “Əlavələr hətta bəzi hallarda zərərli ola bilər, ona görə də onlar yalnız çatışmazlıq olduqda istifadə olunmalıdır”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr