AZ

İki ölkənin prezidentinə sərt ittiham: Saakaşvilini Gürcüstana onlar göndəriblər

BAKI, 14 noyabr. TELEQRAF

“Mixeil Saakaşvili son üç ilini cəzaçəkmə müəssisəsi əvəzinə xəstəxanada keçirib, bunun səbəbi Brüssel və onun səfirinin yalan narrativə əsaslanan isteriyası olub”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spikerin iddiasına görə, avropalı səfirlər Saakaşvilinin səhhəti ilə bağlı saxta məlumatlar yayıblar:

“Keçmiş ombudsmanın guya onun demensiyası olduğu barədə təqdim etdiyi saxta nəticələr yadınızdadır? Zelenski və Sandunu xatırlayırsınız? Mixeil Saakaşvili ilə bağlı guya onun işgəncə gördüyünü deyərək yalan danışırdılar. Bundan sonra nə Sandu, nə Zelenski, nə də ədliyyə nazirinə demarş edən Qerçinski üzr istədi. Bu demarşdan bir neçə həftə sonra Strasburq Məhkəməsi bəyan elədi ki, Mixeil Saakaşvilinin başqa yerə köçürülməsini zəruri edən heç nə yoxdur”.

Şalva Papuaşvili əlavə edib ki, onlar gürcü xalqının gözünün içinə baxıb həyasızcasına yalan danışıblar:

“Bütün bunlar bitdi, indi o (Saakaşvili), olması lazım olan yerdə - həbsxanadadır. Artıq onu yenidən köçürməklə bağlı səslərini çıxara bilmirlər, çünki bu sirki bir daha nə o, nə də səfir və Brüssel qurmağa cəsarət edir”.

Spiker Tbilisinin Avropa İttifaqından Gürcüstana edilən hücumların qarşısını aldığını qeyd edib:

“Bu hücumların qarşısını addım-addım aldıq, Saakaşvilini bura gətirən hər kəs də öz layiqli cavabını aldı. Saakaşvilini bura Ukrayna hakimiyyəti gətirib. Bu gün Zelenskini alqışlayanlar bilsinlər ki, o, Saakaşvilini ölkəni qarışdırmaq üçün bura o gətirib. Sizin Zelenskiniz budur. Demensiya barədə yalanlar uyduranlar kimlər idi? Zelenski, Sandu, digər siyasətçilər və səfirlər - onlar bu həyasız yalanı sizə və Gürcüstana danışdılar”.

Şalva Papuaşvili iddia edib ki, Mixeil Saakaşvilini Gürcüstanda göndərməkdə məqsəd ölkəni Ukrayna-Rusiya müharibəsinə çəkmək, Cənubi Qafqazda ikinci cəbhə açmaq olub.

Seçilən
22
2
teleqraf.com

3Mənbələr