AZ

Almaniya müharibəyə hazırlaşır Yeni Hərbi Plan razılaşdırıldı (DETALLAR)

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aylarla davam edən siyasi müzakirələrdən sonra Almaniyanın koalisiya hökuməti qoşun sayının artırılmasına yönəlmiş yeni bir hərbi plan üzərində razılığa gəlib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yen plana əsasən, ordu ən yeni sialhlarla sürətlə təchiz olunmaqla yanaşı, canlı qüvvə sayı artırılacaq.

Plana əsasən, aktiv döyüş üçün ordunun canlı qüvvəsinin sayı 2035-ci ilə qədər 260.000 nəfərə çatdırılacaq: "Yeni plana əsasən, bütün 18 yaşlı kişilərə məcburi hərbi xidmətə cəlb olunacaq, eyni zamanda, könüllü xidmət üçün qadınalar qaçıq qapı buraxılacaq"

Almaniya Müdafiə Nazirliyi ölkələrinin Avropanın ən güclü ordusu edəcəklərini açıqlayıb: "Almaniya Avropanın ən güclü döyüşkən ordusunu qurmağı hədəfləyir".

Ölkənin ən böyük müdafiə şirkəti olan "Rheinmetall"ın baş direktoru Armin Papperger plana münasibətdəd deyib ki, Almaniya 5 il içində bu planı həyata keçirməklə, məqsədinə nail ola bilər: "Təbii ki, dövlət bu prosesi bir an olsa, axsatmadan yoluna davam edərsə, 5 il içində Avropanın ən güclü ordusu ünvanına sahiblənə bilərik".

Xatırladaq ki, Almaniya ordusunun hazırda şəxsi heyəti təxminən 182.000 nəfərdir: "Plana uyğun olaraq, bu say hər il 20 min nəfər artırılacaq"

Zülfiyyə Mustafayeva

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
mia.az

1Mənbələr