AZ

Türkiyənin yeni prezidenti o olacaq Sorğunun nəticəsi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyədə seçicilərin prezidentlik üçün ən çox üstünlük verdiyi namizəd Rəcəb Tayyib Ərdoğan olub. O, ümumi səsin 36,2 faizini toplayıb.

Globalinfo.az xəbər verir ki, bu nəticələr ASAL Araşdırma xidmətinin noyabr sorğusunda əks olunub.

İkinci sırada Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş (22%), üçüncü sırada isə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu (20,4%) qərarlaşıb.

Digər namizədlərin dəstəklənmə faizi belədir:

Selahattin Demirtaş – 5,6%

CHP sədri Özgür Özel – 3,2%

Hakan Fidan – 3,0%

Müsavat Dervişoğlu – 2,0%

Ümit Özdağ – 1,5%

Fatih Erbakan – 1,4%

Yavuz Ağıralioğlu – 1,0%

Ali Babacan – 0,4%

Qərarsız / Fikrim yoxdur – 3,3%

Sorğu 1–9 noyabr 2025 tarixlərində, 26 şəhərdə, 18 yaşdan yuxarı 2015 seçici arasında CATI (kompüter dəstəkli telefon sorğusu) metodu ilə aparılıb. Araşdırmanın 95 faiz etibarlılıq səviyyəsi və 2,5 faiz səhv payı olduğu bildirilib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
globalinfo.az

2Mənbələr