AZ

Ermənistanla bağlı ŞOK 

Ermənistanın dövlət borcu sürətlə artır. 2026-cı ilə qədər 6 trilyon dramı keçəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Artur Xaçatryan bildirib.

Erməni deputat hökumətin təqdim etdiyi orta aylıq əməkhaqqı göstəricilərinin real vəziyyəti əks etdirmədiyini deyib.

“Əgər ölkədə orta aylıq əməkhaqqı 300–306 min dramdırsa, bu o deməkdir ki, əhalinin ¾ hissəsi bundan daha az maaş alır. Yəni faktiki olaraq hər 4 nəfərdən 3-ü orta göstəricidən aşağı qazanır. Bu, cəmiyyətdə sosial uçurumun daha da dərinləşdiyini göstərir”, - deyə Xaçatryan vurğulayıb.

Musavat.com

 

Seçilən
28
musavat.com

1Mənbələr