AZ

Mədəniyyət naziri beynəlxalq konqresdə iştirak edir

BAKI,TurkicWorld

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" mövzusunda beynəlxalq konqres keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub.

Konqres daha sonra plenar iclasla davam edib.

Seçilən
18
9
turkic.world

10Mənbələr