AZ

Köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB - VİDEO

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə köçürülüb.

Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev digər rəsmi şəxslər və kənd sakinləri iştirak ediblər.

M. Əfəndiyev çıxışında sakinləri Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial infrastrukturun yol, su, işıq, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin olunduğunu bildirib. Sakinlər isə doğma ocaqlarına qayıtmağın sevincini bölüşüblər.

Bu gün də daxil olmaqla Şuşakəndə 230 nəfərdən ibarət 61 ailə qayıdıb.

***

12.55

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Köç Köç Köç Köç Köç Köç Köç Köç Köç Köç
Seçilən
24
11
apa.az

10Mənbələr