AZ

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb, açarlar təqdim edilib - FOTO

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata əsasən, bu mərhələdə Xanyurdu kəndinə 12 ailə - 34 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev digər rəsmi şəxslər və kənd sakinləri iştirak ediblər.

M. Əfəndiyev çıxışında sakinləri Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial infrastrukturun yol, su, işıq, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin olunduğunu bildirib. Sakinlər isə doğma ocaqlarına qayıtmağın sevincini bölüşüblər.

Bu gün də daxil olmaqla Xanyurdu kəndinə 340 nəfərdən ibarət 99 ailə qayıdıb.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
26
11
apa.az

10Mənbələr