AZ

21 kq narkotik vasitə və 600 ədəd psixotrop tərkibli həb aşkarlanıb

Bakı.Trend:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısınınalınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarındakeçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan ArazFiridunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, ŞəmistanRəfili və Adil Ağazadə saxlanılıblar. Onlardan 21 kiloqramtərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədədmetadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İranvətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldəetdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrəyerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
30
26
az.trend.az

10Mənbələr