AZ

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycanın idarəçilik modelində dövlət rəhbərinin bölgələrəyönəlik siyasəti, ilk növbədə, xalqa xidmət prinsipinəəsaslanır.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O, bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbər vəzifələrəyeni təyinatlarla bağlı çıxışı bir daha göstərdi ki, ölkədədövlətin daxili siyasətini həyata keçirməli olan şəxslərin üzərinədüşən məsuliyyət sadəcə inzibati idarəçiliklə məhdudlaşmır, bu,eyni zamanda mənəvi borcdur. “Dövlət başçısının sözləri ilə desək,“böyük etimad böyük işlər tələb edir”. Hər bir rəhbər təyinolunduğu andan bilməlidir ki, onun əsas vəzifəsi xalqla bir yerdəolmaq, xalqın dərdini bölüşmək və dövlət başçısının verdiyitapşırıqları vicdanla yerinə yetirməkdir. Müasir mərhələdə buyanaşma Azərbaycanın bütün regionlarında sosial dinamikanın,idarəçilikdə şəffaflığın və ictimai etimadın möhkəmlənməsinə xidmətedir. Çünki dövlətin mahiyyəti məhz vətəndaş rifahınınyüksəldilməsində, xalqla dövlət arasında inam körpüsünün daha dagücləndirilməsində özünü göstərir.”

Fikirlərini davam etdirən millət vəkili qeyd edib ki, müasirdövrdə dövlət idarəçiliyində təvazökarlıq, şəffaflıq və mənəvisaflıq prinsipləri cənab Prezident İlham Əliyevin məmur korpusuqarşısında müəyyən etdiyi əsas meyarlardandır:

“Cənab Prezident haqlı olaraq qeyd etdi ki, rəhbər vəzifədə olanhər bir şəxs təkcə işdə deyil, məişətdə də davranışı ilə cəmiyyətənümunə olmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda məmurlarınözlərini cəmiyyətdə təkəbbürlə aparması, xalqdan uzaq düşməsionların nüfuzunu itirir və dövlət siyasətinə zərbə vurur. Busəbəbdən dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşıqətiyyətli mübarizəsi həm siyasi iradə, həm də əxlaqi prinsip kimiformalaşıb. Son illərdə görülən tədbirlər nəticəsində ictimaiyyətinməmurlara olan inamı artıb, dövlət orqanlarında şəffaflıq vəhesabatlılıq yeni mərhələyə qədəm qoyub. Artıq hər kəs anlayır ki,qanunsuz hərəkətə yol verən istənilən məmur qanun qarşısında cavabverir və bu, ölkədə sosial ədalət prinsipinin real işlədiyiningöstəricisidir. Dövlət başçısının Naxçıvanda səsləndirdiyi fikirlərhəm də yeni idarəçilik fəlsəfəsinin ifadəsidir. Bu fəlsəfə xalqladövlətin birliyinə, sosial ədalətə, əxlaqi məsuliyyətə əsaslanır.Cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, icra başçılarıvə digər rəhbər şəxslər onun etimadını əməli fəaliyyəti ilədoğrultmalıdır. Əgər kiminsə məqsədi şəxsi maraq güdməkdirsə, beləşəxslərə dövlət siyasətində yer yoxdur. Dövlət idarəçiliyində əsasölçü meyarı xalqın maraqlarıdır. Son illərdə aparılan islahatlarnəticəsində dövlət qulluğunda sağlamlaşdırma siyasəti uğurla həyatakeçirilib, mərkəzi icra orqanlarında məsuliyyət və hesabatlılıqmühiti formalaşıb. Bu proses bir daha göstərir ki, cənab Prezidentİlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti güclü,ədalətli və xalqa arxalanan idarəetmə sistemini tam şəkildə qurmaqistiqamətində inamla irəliləyir”.

Seçilən
18
13
az.trend.az

10Mənbələr