AZ

Vaşinqton sazişini alqışlayırıq Gürcüstan XİN

ain.az, Unikal.az saytına istinadən bildirir.

"Gürcüstan Vaşinqtonda imzalanmış sülh sazişini alqışlayır". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşünün yekunlarına dair birgə bəyanatında deyib. 

"Bu tarixi müqavilə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımdır və regionun uzunmüddətli inkişafına zəmin yaradır. Gürcüstan regionun inkişafında həmişə mühüm rol oynayıb və bundan sonra da regional əməkdaşlığa töhfə verəcək", - deyə o qeyd edib. 

Nazir həmçinin bildirib ki, Gürcüstan Ermənistan prezidentinin səfərini gözləyir. 

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
unikal.az

3Mənbələr