Moskva 2017-ci ildən bəri müzakirə olunan Port Sudanda dəniz bazası yaratmaq planlarını ləğv edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, layihə Qırmızı dəniz sahilində Rusiya donanması üçün logistika bazasının inşasını nəzərdə tuturdu. Keçmiş Sudan lideri Ömər əl-Bəşirin dövründə bu barədə razılaşma əldə edilib, lakin təsdiq prosesi təxirə salınıb. Vəziyyət 2023-cü ildə Sudanda hökumət qüvvələri ilə müxalifət qrupları arasında silahlı münaqişə başlayanda daha da pisləşib.
Rusiyanın Sudandakı səfiri Andrey Çernovol layihənin həyata keçirilməsinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. "Hazırkı hərbi münaqişə nəzərə alınmaqla, bu məsələdə irəliləyiş dayandırılıb", - deyə o qeyd edib. Diplomat əlavə edib ki, hazırkı şəraitdə müqavilənin təsdiqlənməsi ehtimalı azdır.
Musavat.com