AZ

Hizbullah İsrail qarşıdurması: Livanda yeni müharibə təhlükəsi

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

İsrailin Livan ərazisinə hücumlarının artması və Hizbullahın hökumətin ritorikasına zidd bəyanatlar verməsindən sonra "Livan yenidən müharibə astanasındadır?" gündəmdə qalır.Turkustan.az xəbər verir ki, ötən ay Qəzzada əldə olunan atəşkəsdən sonra İsrail Livana hücumlarını artırıb. İsrail ordusu, 2024-cü ilin noyabrında imzalanmış atəşkəs razılaşmasına zidd olaraq, Livanın cənubunda gərginliyi artıraraq, "Hizbullahın hərbi strukturlarını və fəaliyyətlərini" hədəfə aldığını iddia edir.Silahlarını təslim etmək istəməyən Hizbullah baş katibi Naim Kasım 11 noyabrda vəziyyətdən narahatlığını ifadə edərək, "İsrailin hücumları belə davam edə bilməz, hər şeyin öz həddi var" deyib.Buna cavab olaraq Livan hökuməti İsraili atəşkəsi pozmaqda ittiham edir və ordunun ölkənin bütün cənubuna nəzarəti ələ keçirməsi üçün ABŞ və Qərb ölkələrindən dəstək gözləyir.Livandan istefada olan briqada generalı Naci Melaib Anadolu Agentliyinə (AA) deyib: "İsrail cənubdakı logistika obyektlərini, sərhəd kəndlərindəki evləri və aşağı rütbəli "Hizbullah" üzvlərini hədəf alaraq Livanda daxili vəziyyəti pozmaq istəyir".

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
icma.az

2Mənbələr