AZ

Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir

Erməni müxalifəti yeni rezonans doğuran açıqlama ilə çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müxalifətçi deputat Ayk Mamicanyan bildirib ki, Ermənistan vətəndaşlarının 30 faizdən çoxu — yəni hər üçüncü şəxs — baş nazir Nikol Paşinyanı xəyanətkar hesab edir.

Mamicanyanın sözlərinə səbəb Paşinyanın bundan əvvəl söylədiyi fikir olub. Həmin vaxt Paşinyan iddia edib ki, 2018-ci ildə Ermənistan “bir ölkənin cibinə düşüb” və indiki parlament müxalifəti də həmin ölkənin təsir agentləridir.

“Belə bir ifadəni xəyanətkardan eşitmək təəccüblü deyil. O, öz əməli ilə göstərdi ki, necə başqa ölkələrin maraqlarına xidmət etmək olar. Demək olar ki, hər gün üzə çıxan faktlar Paşinyanı kimin yetişdirdiyini, kimin göstərişlərini yerinə yetirdiyini və bu gün də kim tərəfindən kurasiya edildiyini aydın göstərir”,-deyə revanşist siyasətçi bildirib.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr