AZ

8 Avropa ölkəsi razılığa gəldi: Fasiləsiz olaraq...

8 ölkə Avropada fasiləsiz hərbi mobilliyi təmin etmək üçün memorandum imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Litvanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilə Litva, Belçika, Çexiya, Almaniya, Lüksemburq, Niderland, Polşa və Slovakiyanın nümayəndələri tərəfindən birgə imzalanıb.

Qeyd olunub ki, mövcud Niderland-Almaniya-Polşa dəhlizinin Belçika və Lüksemburqdan keçməklə qərbə doğru, Litva, Çexiya və Slovakiyadan keçməklə şərqə doğru genişləndirilməsi planlaşdırılır.

Litvanın müdafiə naziri Robertas Kaunas koordinasiyalı hərbi mobilliyi ölkənin milli prioriteti adlandırıb: “Litvanın əsas məqsədi NATO-nun şərq cinahında, xüsusən də qonşu müttəfiqlər Polşa və Latviya ilə sıx əməkdaşlıqda infrastruktur əlaqələrini gücləndirməkdir”.

Seçilən
17
publika.az

1Mənbələr