AZ

“Ermənistanla Azərbaycan arasında sülh sazişindən sonra biz irəliyə baxmalıyıq” - Gürcüstan parlamentinin sədri

“Ermənistanla Azərbaycan arasında sülh sazişindən sonra biz irəliyə baxmalı və regionun ümumi ərazi kimi inkişafını müşahidə etməliyik”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Ermənistan xarici işlər naziri Arorat Mirzoyan ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan öz xalqlarının rifahı naminə bütün maraqlı tərəflər və tərəfdaşlarla əməkdaşlığa can atdıqları üçün düzgün siyasət aparırlar.

"Ermənistanla Azərbaycan arasında sülh sazişindən sonra biz gələcəyə baxmalı və regionun inkişafını ümumi ərazi hesab etməliyik. Hər bir ölkə üçün vacib olan məsələdə hamımız bir-birimizi gücləndirməliyik. Söhbət suverenliyin möhkəmləndirilməsindən, əhalinin rifahının yaxşılaşdırılmasından gedir. Bu baxımdan biz görürük ki, həm Ermənistan, həm də Azərbaycan düzgün siyasət aparır”, - deyə Papuaşvili bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr