AZ

Çində yeni müqavilə imzalandı: Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır (FOTO)

Bakı. Trend:

2025-ci il noyabr ayının 13-də Çin Xalq Respublikasının paytaxtıPekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti“Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment &Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsalgücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçünbank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ)hazırlanması üzrə müqavilə imzalanıb.

Trend xəbər verir ki, müqavilə “AzMC” MMC-nin baş direktoruCeyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglintərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dollarıtəşkil edir.

Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırmasənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan istibriketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsasmərhələ hesab olunur. Dörd ay müddətində tamamlanmasıplanlaşdırılan sənəd, zavodun tikintisi layihəsininmaliyyələşdirilməsi istiqamətində beynəlxalq institutlar və banklarqarşısında əsas istinad sənədi rolunu oynayacaq. Hazırlanacaq TİƏsənədi zavodun inşası üçün optimal texnoloji həllərin müəyyənedilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını,eləcə də tammiqyaslı işlənməsi üzrə növbəti mərhələlərin həyatakeçirilməsini təmin edəcək.

Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd”metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyalarısahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “SinosteelGroup Corporation Limited” sənaye korporasiyasının əsas törəməşirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi vədəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olanşirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənayelayihələrini icra edib.

Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlımüəssisələrin qurulması və idarə edilməsində avadanlıqlarıninteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmalarıntətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekolojitəhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə,Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimiölkələrdə resursların səmərəli istismarını təmin edib.

Xatırladaq ki, “Azerbaijan Metal Company” MMC birgə müəssisəsibu il sentyabrın 23-də “Azergold” QSC-nin törəməsi “Daşkəsən DəmirFiliz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEICLimited” şirkəti tərəfindən təsis olunub. Müəssisə illik 2 milyonton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi,layihələndirilməsi, qurulması və gələcək istismarı üzrə fəaliyyətgöstərəcək.

Şəmkir rayonu ərazisində tikiləcək zavodun 2029-cu ilinortalarında istismara verilməsi nəzərdə tutulur. Müasir və ekolojibaxımdan təhlükəsiz texnologiyaların tətbiqi ilə həyata keçiriləcəklayihənin ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dollarıtəşkil edir. Sözügedən layihə çərçivəsində ÜDM-yə illik 694 milyonABŞ dolları həcmində töhfə gözlənilir və təqribən 1 600 nəfərinbirbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.

Çində
Çində
Çində
Çində
Seçilən
28
15
az.trend.az

10Mənbələr