AZ

Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr gətirib - Mirzoyan

Bakı. Trend:

Hesab edirik ki, ABŞ prezidentinin iştirakı ilə Ermənistan vəAzərbaycan arasında qurulmuş sülh, regionun inkişafına töhvəverəcək. Bizim region həqiqətən sülh kəsişməsinə çevriləcək.

Trend xəbər verirki, bunu Gürcüstanda rəsmi səfərdə olan Ermənistanın xarici işlərnaziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə görüşdənsonra keçilən birgə mətbuat konfransında bildirib.

Diplomat 8 avqusta Vaşinqtonda əldə olunmuş tarixi razılaşmanınCənubi Qafqazda sülh üçün vacib addım olduğunu vurğulayıb.

Ermənistan XİN rəhbəri eyni zamanda Gürcüstan parlamentininsədri Şalva Papuaşvili ilə görüşüb. O, görüşdə ErmənistanlaAzərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlıdanışıqların aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldəolunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələrgətirib.

Seçilən
22
az.trend.az

1Mənbələr