AZ

İsraildə F 35 təşvişi: ABŞ dən satışın dayandırılması tələb edilir

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İsrail mediasının məlumatına görə, Tel-Əviv Türkiyəyə F-35 satışı ilə bağlı ciddi narahatlıq yaşayır. İsrail hökumətinin ABŞ-a gizli şəkildə müraciət edərək satışın yenidən nəzərdən keçirilməsini və lazım gələrsə tamamilə dayandırılmasını tələb etdiyi iddia edilir.

Sherg.az xəbər verir ki, İsrail, F-35-lərin Türkiyəyə verilməsinin regiondakı strateji balansı dəyişəcəyindən və Ankaranın hərbi gücünü ciddi şəkildə artıracağından ehtiyat edir. İsrail mediası bunun “ölkənin regional planlarını poza biləcəyini” yazır.

ABŞ-dən hələ rəsmi cavab verilməyib, lakin əvvəlki razılaşmalar və Tramp administrasiyasının mövqeyi səbəbindən Vaşinqtonun geri addım atmasının gözlənilmədiyi qeyd olunur.

Mütəxəssislər bu prosesin Türkiyə üçün strateji dönüş nöqtəsi ola biləcəyini və Yaxın Şərqdə yeni güc balansı yarada biləcəyini bildirirlər.

Xatırlatma olaraq, Tramp-Erdoğan görüşündən sonra ABŞ-ın Türkiyəyə F-16 və F-35 satışına yaşıl işıq yandığı deyilmiş, ardından ABŞ Konqresindəki bəzi üzvlər bu satışa qarşı çıxmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
sherg.az

1Mənbələr