AZ

Siyasi və simvolik rezonans: Trampın oğlunun Ermənistana səfərinin ləğv səbəbləri- ÖZƏL

ABŞ Prezidentinin oğlu, sahibkar Kiçik Donald Trampın Ermənistana gözlənilən səfərinin ləğvi ətrafında müzakirələr davam edir. İddialara görə, ləğvə səbəb "Tashir Capital" şirkətinin rəhbəri Narek Karapetyanın Taker Karlsona verdiyi müsahibə olub.
Müsahibədə Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə hücumları barədə səsləndirilən faktlar ABŞ ictimaiyyətində güclü rezonans doğurub və məhz bundan sonra səfər ləğv edilib.Səfər baş tutsaydı, əsasən iki mühüm məsələ müzakirə ediləcəkdi:
"TRİPP Marşrutu"nda ABŞ biznesi və PUA tədarükü: Kiçik Donald Trampın şirkətlərindən biri ilə Ermənistan tərəfi arasında pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün böyük müqavilənin hazırlanması.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Kiçik Donald Trampın Ermənistana səfərinin ləğvi, görünür, təkcə şəxsi və biznes maraqlarına bağlı deyil, həm də ABŞ ictimaiyyətində və media mühitində yaranmış siyasi rezonansla bağlıdır. Narek Karapetyanın Taker Karlsona verdiyi müsahibədə Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə qarşı davranışları barədə açıqlamalar, ABŞ-da dini azlıqlara hörmət və insan hüquqları məsələlərinin çox ciddi qəbul olunması səbəbindən ictimai narazılığa səbəb olub. Bu, səfərin təkcə rəsmi protokol və biznes maraqlarını deyil, həm də ictimai rəy və siyasi imici ciddi şəkildə təsir edəcəyini göstərir. Yəni səfərin ləğvi həm siyasi, həm də simvolik xarakter daşıyır. 
Hesab edirəm Trampın şəxsi və biznes maraqları ilə ABŞ-ın rəsmi və ictimai mövqeyi arasında balans təmin edilməyə çalışılır. Səfərin Ermənistan hakimiyyətinin kilsə ilə kəskinləşən münasibətlərinə təsiri reallıqda məhduddur. ABŞ-ın bu məsələdə əsas narazılığı daha çox ictimaiyyətin reaksiyasına bağlıdır. Trampın oğlunun səfəri rəsmi olaraq böyük siyasi qərarları dəyişdirəcək gücdə deyil, amma simvolik təsir göstərə bilər. Yəni Ermənistan hakimiyyəti ABŞ tərəfindən daha diqqətli və "sosial məsuliyyətli" addımlar atmaqla bağlı siqnallar ala bilər, lakin bu, konkret siyasət və yaxud PUA tədarükü məsələlərini dərhal bloklamayacaq.
"Tramp dəhlizi" və ya ABŞ biznes maraqlarının Rusiya ilə danışıqlarda spekulyasiya mövzusuna çevrilməsi isə texniki olaraq mümkündür, amma real geosiyasi təsiri məhduddur. ABŞ dövləti və Ağ Ev rəsmi olaraq şəxsi biznes maraqlarını xarici siyasətə birbaşa inteqrasiya etməməyə çalışır. Lakin ABŞ-ın biznes və siyasi dairələri arasında maraqların üst-üstə düşməsi və ya təzyiq vasitəsi kimi istifadə olunması istisna deyil.  Məsələn, pilotsuz uçuş aparatları tədarükü kimi yüksək texnologiyalı və strateji əhəmiyyətli sahələr, həm ABŞ-ın regional mövqeyini gücləndirə, həm də Rusiya və regional aktorlarla danışıqlarda üstünlük təmin edə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr