AZ

Mirzoyandan sülhlə bağlı SON DƏQİQƏ açıqlaması

Ermənistan və Azərbaycan yekun sülh sazişinin bağlanması üçün danışıqları davam etdirirlər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda əldə edilən razılaşmalar artıq real praktik nəticələr verir və tərəflər arasında etimadın möhkəmlənməsinə töhfə verir.

Danışıqlar zamanı həmçinin Ermənistan-Türkiyə münasibətlərində müsbət dinamika müşahidə olunub.

Tərəflər Cənubi Qafqazda gərginlik dövrünün başa çatdığını və bütün regiona əhəmiyyətli fayda gətirə biləcək yeni imkanlar dövrünün başladığını vurğulayıblar.

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr