AZ

Şəfa Qarabağ a böyük hesabla qalib gəldi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən yararlanan 1-ci Liqanın lideri "Şəfa" yoxlama görüşündə qüvvəsini sınayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi bu gün "Qarabağ"ın U-19 komandası ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunda (BOS) baş tutan və saat 12:00-da başlayan görüş Elgiz Kərəmlinin baş məşqçisi olduğu bakılıların 5:2 hesablı qələbəsi ilə nəticələnib. 

Xatırladaq ki, ilk 7 turda 6 qələbə və 1 heç-heçə ilə yadda qalan "Şəfa"nın 19 xalı var. "Qarabağ" da AFFA Gənclər Liqasının yenilməz lideridir. Ağdamlılar 6 turda 5 qələbə qazanıb, 1 heç-heçə edib və 16 xalla zirvədə qərarlaşıb. 

"Şəfa" 1-ci Liqada növbəti oyununu "Difai"yə qarşı keçirəcək. 8-ci turun oyunu 22 noyabrda Binə qəsəbə stadionunda keçiriləcək.

Mirağa 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
fanat.az

2Mənbələr