AZ

Ararat Mirzoyan: Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir

BAKI, 14 noyabr. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Teleqraf xəbər verir ki, məlumatı Gürcüstan parlamenti yayıb.

Görüşdə Gürcüstan və Ermənistan hökumətləri, parlamentləri, xalqları arasında əlaqələrin möhkəm olduğu vurğulanıb.

Regionda baş verənlər də müzakirə olunub. Ararat Mirzoyan deyib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda paraflanmış sülh sazişi artıq bir sıra praktiki nəticələr verib və yekun sazişin imzalanması ilə bağlı danışıqlar aparılır. Ermənistanla Türkiyə arasında münasibətlərin müsbət dinamikası da vurğulanıb. Görüşdə qeyd olunub ki, Cənubi Qafqaz regionunda gərginlik dövrü başa çatıb və regiona böyük fayda gətirəcək yeni imkanlar erası başlayır.

Seçilən
10
teleqraf.com

1Mənbələr