AZ

Qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 6 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 830,0 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6 faiz artıb.

Ümumi sərmayənin 50,8 faizi dövlət, 49,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyanın dəyəri ümumi sərmayənin 77,5 faizini təşkil edib.

Seçilən
136
vergiler.az

1Mənbələr