AZ

Karvan Yevlax Kəpəz i öz meydanında qəbul edəcək

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı "Karvan-Yevlax" klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib. Sport24.az "Report"a istinadən xəbər verir ki, bu müddət ərzində PFL tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

Noyabr 4-də keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alaraq bildiririk ki, "Karvan-Yevlax" klubu Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
14
sport24.az

10Mənbələr