Norveçin baş naziri Yonas Qar Störe danışıqlar aparmaq üçün İsrailə səfər etməyi planlaşdırırdı, lakin ona siyasi səbəblərə görə ölkəyə giriş icazəsi verilməyib.
Musavat.com xəbər verir ki, bu barədə “Dagens Naeringsliv” qəzeti məlumat yayıb.
Məlumata görə, rədd cavabı ötən ay verilib. İsrail rəsmiləri səfəri “uyğunsuz” və ya “arzuolunmaz” kimi qiymətləndiriblər.
Dagens Naeringsliv yazır ki, İsrail–Norveç münasibətlərindəki soyuqluq, 7 oktyabr 2023-cü ildə radikal Fələstin hərəkatı HƏMAS-ın Qəzza zolağından İsrail ərazisinə daxil olması ilə Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra yaranıb. Nəşrin ehtimal etdiyi səbəblər arasında Norveçin Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun krallığa daxil olacağı halda həbsinə dair qərarını dəstəkləməsi, Oslonun Fələstinin müstəqilliyini tanıması, həmçinin Norveç Dövlət Pensiya Fondunun bir sıra İsrail şirkətlərindəki paylardan imtina etməsi göstərilir.
Musavat.com