
Rusiya klubları “Qalatasaray”ın braziliyalı yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, İstanbul klubunun 26 yaşlı futbolçunu qış transfer pəncərəsində satmaq ehtimalı yüksəlib.
2024-cü ilin avqustunda “Norviç Siti”dən 18 milyon avroya transfer olunan Sara ötən mövsüm 45 matçda 2 qol və 10 assistlə komandanın çempionluğunda pay sahibi olub.
Bu mövsüm 16 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə çıxış edən futbolçu əsas heyətdə yer uğrunda mübarizədə çətinlik çəkir. Xəbərə görə, “Qalatasaray” rəhbərliyi gələcək təklifləri dəyərləndirməyə hazırdır və klub Saranı 20 milyon avroya satmağa razı ola bilər.
Qabriel Saranın İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilədək qüvvədədir.
Seyranə QuliyevaMissiya.Az