ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Ölkədə bazarlar istehlakçıların keyfiyyət və çəkidə ən çox aldadıldığı yerlərdən biridir. Burada müxtəlif məhsullar, kisələrdə satılan qurudulmuş bitkilər, quru meyvələr, pendir, yağ və s. ya buraxılma tarixi olmadan, ya da yararlılıq müddəti və saxlanma şəraitinə uyğun saxlanmadan satılır".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.O, bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlamalar da bunu təsdiqləyir:"Məsələn, bazarlarda soyuq sıxılmış bitki yağları yüksək tələbat görür, çünki insanlar onu daha təbii hesab edirlər. Lakin bəzi yerlərdə zeytun yağı adı altında əslində qarğıdalı yağı qarışdırılır. Bu, həm istehlakçıların aldadılmasıdır, həm də sağlamlığa ciddi risk yaradır. Uyğunsuz məhsullar mədə-bağırsaq və digər xəstəliklərə səbəb ola bilər".Onun sözlərinə görə, qida gigiyenası tələblərinə əməl olunmaması, məhsulların düzgün saxlanmaması və ifşa olunması məsələsi çox vacibdir:"İstehsalçıların Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməsi zəruridir. Bu prosedur çətin deyil. Agentlik məhsulları yoxlayır, uyğun olmayanları düzəldir və kiçik dövlət rüsumu ilə istehsal başlaya bilər. Hüquqi və fiziki şəxslər istehsalla məşğul olduqda Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əməkdaşlıq etməli, insanların həyatına zərər verməməli və məhsulların təhlükəsizliyini təmin etməlidirlər".Əfsanə Kamal
Demokrat,az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.