Bakı. Trend:
Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verir ki,Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində AzərbaycanınUkraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raketzərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddinarahatlığını bildirib.
Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakısəfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasınıpisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib,beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatiknümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunuvurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynayahumanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikirmübadiləsi aparıblar.