AZ

İkardinin yeni komandası bəlli oldu

Qalatasarayın ulduz hücumçusu Mauro İkardinin, mövsümün sonunda komandadan ayrılma ehtimalı daha da güclənib. İkardinin müqaviləsi bu mövsümün sonunda bitəcək və sarı-qırmızı klubun yeni müqavilə ilə bağlı hələ heç bir addım atmaması, ayrılma ehtimalını artırır.


Manset.az İtalyan mətbuatına istinadən xəbər verir ki, İkardinin yeni mövsümdə Milan klubuna transfer olacağına dair xəbərlər yayıb. Xüsusilə, Arjantinli futbolçunun yeni mövsümdə Milan formasını geyinməyə çox yaxın olduğu bildirilib.

Bundan əlavə, İkardinin həyat yoldaşı China Suarez-in İstanbulda xoşbəxt olmadığı və İtaliyaya qayıtmaq istədiyi iddiaları da gündəmə gəlib. Bu da, İkardinin ayrılma ehtimalını daha da gücləndirən bir amil kimi qiymətləndirilir.

Qalatasarayın ulduz futbolçusu üçün mövsümün sonunda ayrılma ehtimalı yüksəkdir. İtalyan mətbuatı, İkardinin müqaviləsinin bitməsindən sonra yeni ünvanının Milan olacağını yazıb.

Seçilən
22
manset.az

1Mənbələr