AZ

Qəpiklərdən istifadə azaldıqca onların istehsalına davam etməyin mənası da azalır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycanda kiçik nominallı qəpiklərin praktik istifadəsi demək olar ki, minimuma enib. Xüsusilə 1 və 3 qəpikliklər real ödəniş prosesində çox nadir hallarda işlədilir”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib. O qeyd edib ki, insanlar alış-veriş zamanı bu qəpikləri istifadə etmirlər:“Ticarət obyektləri də onları dövriyyədə saxlamaqda maraqlı görünmür. Bu sikkələrin istehsalı isə dövlət üçün əlavə xərc yaradır. Bir çox hallarda onların istehsal maya dəyərinin nominal dəyəri ötüb-keçdiyi bildirilir. Bu, dövlət üçün iqtisadi baxımdan səmərəsiz bir vəziyyətə səbəb olur. İstifadə edilməyən qəpiklərin dövriyyədə saxlanması həm maddi, həm də logistika baxımından mənasız yükdür. Əgər kiçik nominallar dövriyyədən çıxarılsa, ölkə üçün əlavə qənaət imkanı yarana bilər. Nağd ödənişlər zamanı məbləğin yuvarlanması kimi sadə üsullar tətbiq edilə bilər. Belə yuvarlanma qiymət artımına ciddi təsir etməz və insanların gündəlik həyatında çətinlik yaratmaz. Bunun üçün əvvəlcədən aydın qaydalar hazırlanmalı və ictimaiyyət məlumatlandırılmalıdır. Qəpiklərdən istifadə azaldıqca onların istehsalına davam etməyin mənası da azalır. Pul dövriyyəsi daha səliqəli və səmərəli şəkildə təşkil oluna bilər. Kiçik nominallı qəpiklərin dövriyyədən çıxarılması Azərbaycan üçün həm məntiqi, həm də iqtisadi baxımdan real addımdır”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
138
demokrat.az

1Mənbələr