AZ

Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var

Reyting.az saytına istinadən ain.az xəbər verir.

“Ermənistanda ciddi gərginlik hökm sürür. Keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryan faktiki olaraq Nikol Paşinyana qarşı iş aparırlar. Üstəlik, Erməni Apostol Kilsəsi də hökumətə qarşı təbliğatla məşğuldur. Yəni bu ölkədə siyasi durum o qədər də sabit deyil. Buna baxmayaraq, baş nazir Paşinyan sülh üçün müəyyən addımlar atır. Hesab edirəm ki, onlar Zəngəzur dəhlizinin açılması məsələsini həll edəcək və öz ərazilərindən keçəcək 42 kilometrlik dəmir yolunu inşa edəcəklər”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.Professor diqqəti daha çox Azərbaycanın Zəngəzur dəhlizi üçün dəmir və avtomobil yolu çəkilişinə çoxdan başlamasına, Ermənistanın isə öz ərazisində inşaat işlərini gələn ilə saxlamasına yönəldib:“Azərbaycan Horadiz-Ağbənd dəmir yolunun çəkilişinə müharibədən dərhal sonra başladı. Səhv etmirəmsə, bizdə bu prosesin 2026-cı ilin may-iyun aylarında tam başa çatdırılması nəzərdə tutulur. Ermənistanın baş naziri Paşinyan isə daxildəki siyasi gərginliyə baxmayaraq, öz ərazilərində dəhlizin tikintisinə gələn il başlamağı planlaşdırdıqlarını bildirib. Məncə, burada ciddi problem olmayacaq. Çünki Ermənistan ərazisindən keçən dəhlizin uzunluğu cəmi 42 kilometrdir. Üstəlik, orada əvvəllər mövcud olan dəmir yolunun bazası qalıb. Yəni ermənilər o dövrdə dəmir yolunu söksələr də, ərazi qalır və onun üzərində yenidən inşaat aparmaq mümkündür”.C. Nuriyevin sözlərinə görə, Azərbaycan dəmir yolu hazır olanda Ermənistan da Mehri istiqamətindən keçəcək yolun tikintisini bitirəcək:“Ciddi zaman fərqi gözləmirəm. Onsuz da Azərbaycan və Ermənistan arasında münasibətlər tədricən formalaşır. Onlardan bura, bizdən ora səfərlər var və bu səfərlər davam edəcək. Həmçinin ərazimizdən Ermənistana malların daşınmasına razılıq vermişik. Əgər sülh sazişi tezliklə imzalanarsa, biz Ermənistan ərazisində, xüsusən də qatarların keçəcəyi dəmir yolunun tikintisinə sərmayə qoya bilərik. Vaxtilə Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi zamanı Gürcüstana dəstək göstərmişdi”.Müsahibimiz sonda bildirib ki, Azərbaycan bu müddətdə böyük yol qət edib, məqsədlərinə çatıb və güclü siyasi iradə nümayiş etdirib:“Baxın, Ramiz Mehdiyev açıq və gizli şəkildə hansı işləri görüb və bütün bunların üstü ustalıqla açıldı. Ermənistanda isə ən azı üç Ramiz Mehdiyev var: Sarkisyan, Koçaryan və II Qaregin. Ermənistanda siyasi gərginlik müşahidə olunur, sabitlik zəifdir. Paşinyan da siyasətçi kimi sabit deyil, balanslı siyasəti yoxdur. Bazarda tərəzi hara əyilsə, Paşinyan da ora yönəlir. Ancaq bütün bunlara baxmayaraq, onlar Zəngəzur dəhlizinin işləməsinə razı olacaqlar və öz ərazilərindən keçəcək dəmir yolunu tikəcəklər. Çünki alternativləri yoxdur. Qış aylarında bunun vacibliyini daha çox hiss edəcəklər”.Nemət ORUCOVReyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
reyting.az

2Mənbələr