BAKI, 14 noyabr. TELEQRAF
“İran ABŞ Prezidenti Donald Trampı beynəlxalq məhkəməyə verməlidir”.
Teleqraf xəbər verir ki, bunu İran Ekspertlər Şurasının üzvü Əhməd Xatəmi deyib.
“Son bir neçə gündə Tramp İsrailin İrana hücumuna rəhbərlik etdiyini açıq şəkildə bəyan edib. Bu etirafdır. Cavab olaraq diplomatik qurum bunu pisləyən bəyanat verib, amma mənim təklifim odur ki, Trampın bəyanatı ilə bağlı beynəlxalq qurumlara şikayət etməliyik. Həmçinin diplomatik qurum açıq şəkildə Trampdan şikayət etməlidir”, - o bildirib.