AZ

Gürcüstan prezidentindən sülh sazişi açıqlaması

"Ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi imzalayacaqlar". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı deyib. 

O, Gürcüstanın Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişini alqışladığını vurğulayıb: "Bununla da Cənubi Qafqazda müsbət inkişaf dinamikası və regionun cəlbediciliyi keyfiyyətcə yeni səviyyəyə qalxacaq. Gürcüstan bu prosesdə Cənubi Qafqazda sülh və sabitliyi birmənalı şəkildə dəstəkləyir və bundan sonra da müvafiq töhfə verməyə hazırdır".

Görüş zamanı tərəflər mövcud siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Ağarza Elçinoğlu 

Seçilən
21
unikal.az

1Mənbələr