AZ

PFL-dən şad xəbər: Bu klub doğma rayonuna qayıdır

Azərbaycan Premyer Liqasında ev oyunlarını Şamaxıda keçirən “Karvan-Yevlax” klubu doğma rayonuna qayıdır.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib. Bu müddət ərzində Peşəkar Futbol Liqası tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

“4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Seçilən
21
9
publika.az

10Mənbələr