AZ

Ekspertlər xəbərdarlıq edir: Gənc nəsildə aqressiya ARTIR

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Son illərdə uşaqlar və məktəblilər arasında aqressivlik, zorakılıq və uşaq cinayətləri artıb. Bunun səbəbi həm ailə, həm də məktəb sistemindəki boşluqlardır. Sosialistdən kapitalist sistemə keçid, mənəvi dəyərlərin itməsi, ailə nizamının pozulması və təhsil sistemindəki dəyişikliklər uşaqların psixologiyasına mənfi təsir göstərir".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.O, bildirib ki, uşaqların tərbiyəsi əsasən ailə və məktəbdən gəlir:"Təəssüf ki, valideynlər ya vaxt çatışmazlığından, ya da istəksizlikdən uşaqlara yetərli tərbiyə verə bilmir. Nəticədə uşaqlar internet, multfilmlər və agresiv oyunlar vasitəsilə neqativ təsirlərə məruz qalır".Ekspert bildirib ki, məktəblərdə də tərbiyə funksiyası aradan qaldırılıb, yalnız texniki təhsil verilir:"Bu isə uşaqların həm sosial, həm mənəvi, həm də intellektual inkişafına ciddi ziyan vurur. Təhsil və tərbiyə paralel olmadığı üçün uşaqlar məsuliyyət və qayda anlayışını düzgün əldə edə bilmir. Sovet dövründə məktəb və əlavə mərkəzlər uşaqların yaradıcılıq, idman, elm və peşə bacarıqlarını inkişaf etdirməyə imkan verirdi. Hazırda isə bu imkanlar ya yoxdur, ya da pulludur və əksər uşaqlar üçün əlçatmazdır. Bunun nəticəsində uşaqlar vaxtlarını mənfi təsirlərə sərf edir və sosial baxımdan zədələnirlər".Onun sözlərinə görə, problemi həll etmək üçün ailə dəyərlərinə qayıtmalı, məktəblərə tərbiyə funksiyası bərpa edilməli, müəllimlər ikinci valideyn kimi qəbul edilməli, uşaqların baxdığı oyun və multfilmlərə nəzarət edilməli və dövlət pulsuz inkişaf mərkəzləri yaratmalıdır:"Bu yolla uşaqlar sağlam, yaradıcı və məsuliyyətli fərdlər kimi yetişə bilər".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
220
50
demokrat.az

10Mənbələr