AZ

Sadiq Qurbanov: “Şəhər günləri həm qələbəmizin, həm də quruculuğumuzun rəmzidir!”

20 noyabr Ağdam şəhər günü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir:

"Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın fikirləri artıq gerçəkləşir. Ağdam şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi sərkərdəliyindən doğan diplomatik qələbəsinin təzahürüdür. Prezident İlham Əliyevin azad olunmuş Ağdam şəhərinə səfərləri və reallaşdırılan yeni infrastruktur layihələrinə diqqət etsək görərəik ki, quruculuq işləri həddindən artıq intensiv həyata keçirilir. Ağdam Cümə məscidinin bərpasından tutmuş, otellərin, avtomobil və dəmir yollarının həmçinin təhsil müəssisələrinin qısa müddətdə formalaşdırılması şəhərin yenidən bərpa edilərək dünya səviyyəli şəhərlər sırasında olcağına heç bir şübhə oyatmır".

Seçilən
15
qht.az

1Mənbələr