AZ

“Paşinyan bu tipli mövzular üzərindən sosial elektoratını saxlamağa çalışır”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Paşinyanın silah alması ilə bağlı dilə gətirdiyi məsələlər bu gün hətta müəyyən mənada Ermənistan cəmiyyətində gedən proseslərdən irəli gələn mesajlardır. Çünki bəlli məsələdir ki, bu gün müxalifət düşərgəsi Paşinyanın üzərinə daha çox məhz bu kimi mövzular üzərindən gedirlər. Yəni Paşinyanı xəyanətdə ittiham edirlər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

A.Allahverənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi, daha sonra 2023-cü ildə baş vermiş dövlət suverenliyini tam bərpa əməliyyatları nəticəsində Paşinyanı uduzan tərəf qismində qələmə verməyə çalışan müxalifət düşərgəsi, eyni zamanda, bu silah-sursat məsələləri üzərindən də təzyiq göstərməyə çalışırlar: “Bu səbəbdən də Paşinyan ritorikasında silah məsələlərini xüsusilə qabardır və bir növ militarist əhval-ruhiyyə sərgiləmək məcburiyyətindədir. Bəllidir ki, bu, daxili auditoriya üçün dilə gətirilməli vacib sayılan mesajlardır. Digər tərəfdən də bu, müəyyən mənada xarici auditoriyaya da ünvanlana biləcək bir fikir kimi də dəyərləndirilə bilər. Ona görə ki, Paşinyanın real olaraq Hindistan və Fransa ilə silah alverinə dair, silahların alınması ilə bağlı imzaladığı bir sıra sazişlər var. Hətta bu yaxınlarda Ermənistanda dövlət büdcəsi müzakirə olunan zaman Paşinyanı həm də onda ittiham etdilər ki, hərbi sahəyə ayrılan vəsait keçən illə müqayisədə daha azdır və o da bildirdi ki, burada vəsait önəmli deyil, önəmli olan alınan silahların keyfiyyəti məsələsidir”.

Deputatın fikirlərinə görə, görünən odur ki, bu tipli militarist bir ritorika məhz cəmiyyətdən Paşinyana qarşı geniş vüsət almaqda olan dalğaya cavab olaraq dilə gətirilir: “Amma o da bəlli məsələdir ki, ölkə təhlükəsizlik sistemi barədə düşünən zaman istər-istəməz həm də kredit hesabına daha çox silahın əldə olunması məcburiyyəti ilə üzləşmiş olur ki, nəticə etibarı ilə bu da dövlətin özünü xarici borclanmadan aslı vəziyyətə salır. Düşünürəm ki, gələn il keçiriləcək parlament seçkiləri öncəsi Paşinyan bu tipli mövzu üzərindən sosial elektoratını saxlamağa çalışır ki, ən azından müəyyən qüvvələr bu mövzu üzərindən mövqelərini zəiflətməsinlər və sosial elektoratı bir növ parçalayaraq bir anti-Paşinyan düşərgəsinə cəlb edə bilməsinlər. Bu səbəbdən də biz Paşinyanın çıxışlarında bu kimi hallara rast gəlirik”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr