Azərbaycan və Özbəkistanın münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması regionun geopolitik balansına necə təsir edir?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib və bu əlaqələr demək olar ki, bütün sahələrdə- əsasən ticarət, enerji, nəqliyyat və mədəniyyət sahələrində ildən-ilə genişlənir.
Nəqliyyat və enerji layihələrində Azərbaycan və Özbəkistan Avropa ilə Asiya arasında strateji əhəmiyyətli nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Bu isə ticarət marşrutlarının inkişafına güclü təkan verir. Bu müttəfiqlik yalnız iqtisadi sahəni əhatə etmir, həm də regionda strateji, diplomatik və hərbi əməkdaşlığı möhkəmləndirir. Eyni zamanda, Azərbaycan-Özbəkistan əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiyanın geopolitik balansına mühüm təsir göstərir. Bu, hər iki ölkənin regionda baş verə biləcək təhdidlərə qarşı koordinasiyalı hərəkətini təmin edir.
Ümumilikdə isə Azərbaycan və Özbəkistanın əməkdaşlığı digər Türkdilli və Mərkəzi Asiya ölkələri üçün nümunə ola bilər. Bu baxımdan, tərəfdaşlıq bütün sahələrdə, o cümlədən üzv olduqları beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsinə töhfə verir".
Zeynəb Mustafazadə