AZ

“Prezidentin korrupsiya ilə heç bir əlaqəsi yoxdur” Yermak Zelenskinin müdafiəsinə qalxdı

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Volodimir Zelenskinin enerji sektorundakı korrupsiya sxemləri ilə heç bir əlaqəsinin olmadığını bəyan edib. O, əksinə, Ukraynada korrupsiyaya qarşı mübarizənin təşəbbüskarının məhz Prezident olduğunu bildirib.

“AzPolitika” xəbər verir ki, Andrey Yermak, bunu “Politico”-nun da daxil olduğu “Axel Springer Global” Reportyorlar Şəbəkəsinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Zelenski "çox prinsipial və korrupsiyaya uğramayan insandır”.

Aparat rəhbəri Prezidentin şübhələrdən uzaq tutulmalı olduğunu vurğulayıb, çünki məhz o, korrupsiyaya qarşı mübarizə elan edib və korrupsiyaya qarşı mübarizə orqanlarının effektivliyini nümayiş etdirən "tamamilə müstəqil araşdırmalara" icazə verib.

Eyni zamanda, Yermak "bəzi siyasi qüvvələrin Ukrayna rəhbərliyini nüfuzdan salmaq üçün korrupsiyaya qarşı araşdırmalardan istifadə etdiyini” irəli sürüb.

O, həmçinin əsassız, nüfuza xələl gətirən ittihamların hər kəsin başına gələ biləcəyini vurğulayıb və əlavə edib ki, nəticə çıxarmazdan əvvəl məhkəmə qərarları və hüquqi araşdırmaların nəticələri gözlənilməlidir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
10
azpolitika.info

10Mənbələr