ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəbələ - Sumqayıt 0:2 (0:0)1. Səlahət Ağayev - 5,513. Nicat Əliyev - 5,528. Murad Musayev (k) - 5,574. Süleyman Damadayev - 4,0(66. Nuğay Rəşidov, 85) - qiymətsiz27. Eşqin Əhmədov - 5,0(12. İbrahim Sanqare, 66) - 4,06. Xayme Syerra - 5,042. Jondo Fuxs - 5,5(10. Şahin Şahniyarov, 66) - 4,016. İsaak Amoah - 4,530. Prins Ovusu - 6,0(97. Elşad Tağıyev, 85) - qiymətsiz50. Adriel Ba Loua - 5,514. Domi Massumo - 5,5(70. Paulo Quimbila, 85) - qiymətsizEhtiyat oyunçular94. Həbib Hüşənov11. Asif Məmmədov22. Fərid İsgəndərov7. Rüfət Əhmədov26. Elnur Mustafayev17. Qədir Ramazanov21. Ziya ŞəkərxanovBaş məşqçi: Kaxaber SxadadzeKomandanın ən yaxşısı: Prins Ovusu1. Mehdi Cənnətov - 6,580. Keffel Resende - 6,014. Pedro Pinto - 5,572. Rayan Senhadji - 4,025. Abdul Raşid Mumini - 5,58. Səbuhi Abullazadə (k) - 5,0(95. Nsana Simon, 76) - qiymətsiz19. Roy Kehat - 5,523. Ronaldo Vaskes - 6,0(21. Nihad Əhmədzadə, 83) - qiymətsiz10. Nikola Ninkoviç - 5,5(71. Masaki Murata, 66) - 4,57. Rüstəm Əhmədzadə - 7,09. Aleksandr Romalinqom - 5,5(3. Höccət Haqverdi, 83) - qiymətsizEhtiyat oyunçular22. Xəyal Fərzullayev56. Aftandil Arixov6. Rauf Rüstəmli75. Nadir Orucov66. Ruslan ƏliyevBaş məşqçi: Saşa İliçKomandanın ən yaxşısı: Rüstəm ƏhmədzadəQollar: R.Əhmədzadə, 55 (1:0). A.Ramalinqom, 82 (1:0).A.Ramalinqom 55-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).Vərəqələr: A.Ba Loua, 6 (qeyri-idman hərəkəti). A.R.Mumini, 9 (qeyri-idman hərəkəti). R.Vaskes, 13 (hakimin qərarına etiraz). X.Syerra, 65 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 65 (qeyri-idman hərəkəti). P.Pinto, 85 (qeyri-idman hərəkəti) - sarı.Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir). Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov (hamısı Bakı).VAR hakimi: Cavid Cəlilov (Bakı).VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).7 noyabr. Qəbələ. Şəhər stadionu. 300 tamaşaçı (4500 yerlik). Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. Oyunun qiyməti: 5,0.Komandaların turnir cədvəlindəki mövqeyi fərqlidi. “Sumqayıt” avrokuboklara vəsiqəyə iddiasını davam etdirirsə, “Qəbələ” ümidsiz autsayderlərdən biridi. İndi “qırmızı-qaralar”a xal hava-su kimi lazımdı. Matç asta tempdə başlasa da, gərginlik sezilirdi. Artıq ilk 13 dəqiqədə futbolçulara üç vərəqə göstərilmişdi. İlk təhlükəli vəziyyət isə 35-ci dəqiqədə yarandı. Senhadjinin kobud səhvindən sonra Ovusu irəlilədi və Ba Louya ötürmə verdi. Adriel isə zərbə vurmağa gecikdi. Əslində zərbə endirdi. Lakin Mehdi yaxşı oynadı. 39-cu dəqiqədə Mumini müdafiədə kobud səhvə yol verdi. Domi topu “oğurlasa” da, Mehdi yenə də inamlı oynadı. 44-cü dəqiqədə “Sumqayıt” rəqibə təhlükə yaratdı. Səbuhinin asmasından sonra Ronaldo başla zərbə endirdi, top Səlahətin qucağına getdi. İlk yarıda başqa təhükəli vəziyyət olmadı. İkinci hissə birinci ilə müqayisədə daha dinamik keçdi. İlk təhlükə yenə meydan sahiblərindən gəldi. 52-ci dəqiqədə Syerra uzaqdan yaxşı zərbə endirdi, Mehdi daha yaxşı seyv etdi. Bir dəqiqə sonra Süleyman Damadayev qeyri-peşəkarcasına topa əllə toxundu. Penalti nöqtəsinə yaxınlaşan Ramalinqomun zərbəsini Səlahət dəf etsə də, qayıdan topu Rüstəm tora qovuşdurdu. 69-cu dəqiqədə topla yaxşı irəliləyən Ronaldo qapıya qüvvətsiz zərbə vurdu, ancaq Səlahət səhvə yol vermədi. 82-ci dəqiqədə oyunun taleyi həll olundu. Əks-hücuma çıxan qonaqlar hesab arasındakı fərqi artırdı. Simonun ötürməsindən sonra yaxşı fürsət yaxalayan Ramalinqomun ilk zərbəsinə müdafiəçilər blok qoysa da, o, qayıdan topu qapıdan keçirdi. Matçın son təhlükəli vəziyyəti də meydan sahibləri yaratdı. Ba Louanın zərbəsini Mehdi uzanaraq çıxardı. Beləliklə, “Sumqayıt” ardıcıl ikinci qələbəsini qazanmaqla xalını 20-yə çatdırdı və azı birgünlüyə 3-cü pilləyə yüksəldi, mövsümdə 8-ci məğlubiyyətini alan “Qəbələ”nin işi isə Allaha qalıb.Gözdən qaçmadı* Topa ilk toxunuşu 44 günlük müharibənin şəhidi Təbriz Qasımovun qızı etdi. * “Qəbələ” azarkeşlərindən biri 90 dəqiqə boyunca futbolçulara ayaqüstə, baş məşqçi imiş kimi təlimat verirdi. Matçın sonunda isə yerli futbolçulara “formanı çıxarın, rədd olun gedin, əcnəbilərə də “go out (çıxın çölə) dedi. MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.