AZ

İtalyanlara möcüzə lazımdır

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsində 7 turdan sonra 18 xalla ikincidir.

Futbolpress.az xəbər verir ki, “azzuri” mundiala birbaşa vəsiqə üçün sonuncu oyunda lider Norveçə qalib gəlməlidir.

Norveçin aktivində 21 xal var. İtaliya skandinavları məğlub etsə, xallar bərabərləşəcək və bu zaman komandaların top fərqləri nəzərə alınacaq. İtaliya mundiala birbaşa vəsiqə üçün Norveçi 9 top fərqiylə məğlub etməlidir. Əks halda, qələbə belə komandanı ikinci edəcək və italyanlar pley-off oynayacaq.

İtaliya – Norveç oyunu noyabrın 16-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
futbolpress.az

1Mənbələr