AZ

Qriqoryan Aİ rəsmisi ilə regional kommunikasiyaların açılmasını müzakirə etdi

BAKI, 14 noyabr. TELEQRAF

Noyabrın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Jan Koopman ilə telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı regional kommunikasiya xətlərinin açılması müzakirə olunub.

Tərəflər Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat marşrutlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, söhbət zamanı Ermənistan hökumətinin təqdim etdiyi "Peace Crossroads" layihəsi önə çəkilib və bu layihə çərçivəsində Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişlənmə imkanları müzakirə edilib.

Seçilən
27
teleqraf.com

1Mənbələr