ain.az bildirir, Demokrat.az portalına istinadən.
“Bu il yumurta qiymətlərinin 4,7% bahalaşmasının əsas səbəbi istehsal xərclərinin yüksəlməsidir. Toyuq yeminin qiyməti son dövrdə əhəmiyyətli dərəcədə artıb”.Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.Ekspert deyib ki, qarğıdalı, soya və digər komponentlərin idxal qiymətləri bahalaşıb:“Enerji xərcləri də istehsalın qiymətinə təsir göstərib. Elektrik və yanacaq qiymətləri quşçuluq sektorunda xərcləri artırıb. Bəzi fermerlər məhsul istehsalını azaldıb. Təklifin azalması bazarda qiymətlərin yüksəlməsinə səbəb olub. Digər tərəfdən, tələbin sabit qalması belə, xərclərin artması ilə qiymətlərin qalxmasına gətirib çıxarıb. Yəni, bazarda təklif-tələb tarazlığı pozulub. İdxal və logistika xərcləri də əlavə yük yaradıb. Bütün bu faktorlar yumurtanın qiymətində artıma səbəb olub. Nəticədə, istehlakçılar məhsulu əvvəlkindən baha alır. Ekspertlər bildirir ki, bu tendensiya qısa müddətdə də davam edə bilər. Qiymətlərin stabilləşməsi üçün istehsalın artırılması və xərclərin azaldılması vacibdir. Bu il ən çox bahalaşan məhsul yumurtadır”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.